» » 40 manata olan dərman 500 manata satılır – Deputat

40 manata olan dərman 500 manata satılır – Deputat

Müəllif: Səma Zərdablı
//
Tarix: 24 dekabr 2020
//
Bölmə: İqtisadiyyat
40 manata olan dərman 500 manata satılır – Deputat


Ötən il gösərdi ki, icra orqanlarında ciddi problemlər var. Həmçinin korrupsiya ilə bağlı nöqsanlar. Yeddi rayonla bağlı baş verənlər bunu göstərir.
Qafqazpress.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc gələn ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib.
O, hökuməti bu sahəyə nəzarəti artımağa çağırıb.
Zahid Oruc həmçinin 2021-il üçün səhiyyə xidmətinə 1,4 milyard manat ayrıldığını, bunun yaxşı rəqəm olduğunu deyib.
Bildirib ki, ölkə üçün əsas problem COVİD-19-dur. Bu virus hər bir təbəqədən olan insanlara rəhm etmir: “Aztəminatlı dediyimiz insanlar Prezidentin müharibə çağırışına dərhal səs verdi, 44 gün ərzində düşmənlə mübarizə apardı, arxa cəbhədə olanlar tikələrini səngərlə böldü, beləcə erməni adlı şərə qalib gəldik. Prezident qəhraman şəhid üçün ayağa qalxır. Hər birimiz, elə səhiyyə personalı da bu cür davranış göstərməlidir. Səhiyyə və TƏBİB sisteminə güvənc aşağıdır. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu ciddi problemdir. 40 manata olan “Favipiravi”nin 500 manata satılır. Əslində bu cinayət əməlidir”. /Axar.az/


Turkustan.info
banner125x125 banner125x125