SOCAR Pakistana neft məhsulları ixrac edəcək
“SOCAR Trading” şirkəti Pakistana ilə bir milyon tondan çox həcmdə neft məhsullarının tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.
Bu barədə Trend-ə “SOCAR”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
“İlkin - 100 milyon dollarlıq neft məhsulları partiyası üçün kredit xətti açılacaq. Nəticədə, SOCAR Pakistanı neft və neft məhsulları ilə təchiz edən ikinci ən uzunmüddətli tədarükçü olacaq”, - deyə Əhmədov bildirib.
Qeyd edək ki, bundan əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi Azərbaycanla SOCAR arasında yanacaq tədarükü ilə bağlı müqaviləni təsdiqləyib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR