SOCAR Ukraynada YDM-lərin sayını 37-yə çatdırdı
Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri açılıb.
ANS PRESS ARDNŞ-nin saytına istinadən məlumat verir ki, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4, Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Assortimentə A-92, A-95, A-95 TM "Nano" benzinləri, TM "Nano" dizel yanacağı daxildir.
Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur. Müştərilər pulsuz Wi-Fi xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər.
Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Onlar həm yerləşmə planı, həm də xidmət baxımından çox rahatdır.
Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-ə çatıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR