SOCAR Ukraynada
Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.
ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-idir. Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır.
Məntəqə ərazisində A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TM “Nano” dizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir. Müştərilərə avtomobilin su təchizatı, təkərlərin doldurulması, təmizləmə kimi pulsuz xidmətlər göstərilir. Biznes-guşədə isə onlar pulsuz noutbukdan və İnternet xidmətindən istifadə edə, mobil telefonlara enerji yükləyə bilər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR