» » "Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...

"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 aprel 2014
//
Bölmə: İqtisadiyyat
"Safeguard" öz antibakterial gücünü "Ən uzun təmiz əllər zənciri" ilə nümayiş etdirdi...



Keçən həftənin sonu Bakıda uşaqlar əyləncəli proqrama qatılaraq, yeni unikal rekorda nail oldular. Sizcə, keçən həftə uşaqlara aid hansı bayram keçirilə bilərdi? Təəccüblü odur ki, bu heç də ənənəvi bayram deyildi. Rekord isə “Ən uzun təmiz əllər zənciri” adlanaraq, Safeguardantibakterial sabun markası tərəfindən təşkil olunmuşdur. 200-dən artıq uşaq Safeguard sabunu vasitəsilə əllərini mikroblardan azad etdikdən sonra əl-ələ tutub yallı getdi.

Bayramın əsas hissəsi isə əyləncəli proqramdan sonra baş verib. Bu “Mikroblardan qorunaq” mövzulu uşaq rəsm müsabiqəsinin nəticələrinə həsr olunmuşdur. Rəssamlardan ibarət münsiflər tərəfindən elan olunmuş qaliblər 500 manat dəyərində hədiyyə kuponu ilə təltif ediliblər.

Digər 140-a yaxın müsabiqə iştirakçısının işləri də dəyərləndirilərək Safeguard markası tərəfindən fəxri sertifikatlarla və müxtəlif hədiyyələrlə qeyd olunub.

“Ana, məni mikroblardan qoru” adlı Safeguard aksiyası valideynlərin və uşaqların əsas gigiyena vərdişlərinin düzgün aşılanmasına yönəldilmişdir. Aksiya zamanı antibakterial sabun markasının təmsilçiləri tərəfindən 15 000-ə yaxın gigiyena və əl yuma barəsində təlimat materialları paylanılıb. Safeguard markasının nümayəndələri inanırlar kı, əl yuma vərdişlərinin uşaqlar arasında aşılanması əhali arasında və həmçinin uşaq müəssisələrində çirkli əllərlə ötürülən xəstəliklərin azalmasına gətirib çıxara bilər.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.



QafqazPRESS.az
banner125x125 banner125x125