» » Sumqayıtda möhtəşəm bayram konserti – FOTO

Sumqayıtda möhtəşəm bayram konserti – FOTO

Müəllif: Sevinc Novruzova
//
Tarix: 16 iyun 2016
//
Bölmə: Mədəniyyət
Sumqayıtda möhtəşəm bayram konserti – FOTO









Milli Qurtuluş günü münasibəti ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində bayram konserti təşkil olunub.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri , şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Tədbirdə Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, beynəlxalq aləmdə söz sahibinə çevirir, mövqelərini daha da möhkəmləndirir.

Bayram konsertində ölkənin tanınmış sənətçiləri iştirak edib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.