» » Azərbaycanlı veteranlara şad xəbər

Azərbaycanlı veteranlara şad xəbər

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 may 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycanlı veteranlara şad xəbər


Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib. DSMF-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə fondun sədri Elman Mehdiyev jurnalistlərə məlumat verib.

DSMF sədri qeyd edib ki, prezident İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamı hazırki vəziyyətə 22879 nəfərə şamil olunub.

Onlardan 1707 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım göstərilib. E.Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları və digər müharibə iştirakçılarına isə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 21172 nəfər təşkil edir.



QafqazPRESS.az
banner125x125 banner125x125