» » Hacıbala Abutalıbovdan tıxaca zərbə

Hacıbala Abutalıbovdan tıxaca zərbə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 10 may 2014
//
Bölmə: İqtisadiyyat
Hacıbala Abutalıbovdan tıxaca zərbə




Bakıda tıxacların aradanq aldırılması üçün daha bir addım atılıb. Belə ki, paytaxtda tıxacın aradan qaldırılması üçün quraşdırılan “park-manat”ların sayı 10-a qaldırılacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O bildirib ki, artıq müvafiq tapşırıqlar verilib və işlər aparılır. Bakı meri qeyd edib ki, “Park-manat”lardan istidadənin yarım saatı 50 qəpik olacaq.

Hacıbala Abutalıbov bildirib ki, bu “Park-manat”lar şəhərin mərkəz hissələrində deyil, əsasən paytaxtın kənarında quraşdırılır: "Terminallardan artıq 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq. Hesab edirəm ki, bu, paytaxtda tıxac problemini aradan qaldırılacaq".

İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək.

Bakının mərkəzində nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi barədə suala cavabında BŞİH başçısı bunun yalan olduğunu deyib. "İcra Hakimiyyətinin işçiləri, polislər qanundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, götürülür".

H.Abutalıbov bununla bağlı birinci gün xüsusi sərəncam olacağını deyib.


QafqazPRESS.az
banner125x125 banner125x125