» » Elşad İsgəndərovun xərclədiyi pulların - Siyahısı

Elşad İsgəndərovun xərclədiyi pulların - Siyahısı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 may 2014
//
Bölmə: İqtisadiyyat
Elşad İsgəndərovun xərclədiyi pulların - Siyahısı


Və heç şübhəsiz ki, mənimsədikləri pulların silmə yollarını axtarırlar. Qəflətən işdən uzaqlaşdırılması onu çox çətin vəziyyətə qoyub
Prezident İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun barəsində Mia.az-a daha bir ittiham dolu məktub daxil olub.

“Qafqazinfo” xəbər verir ki, sayta daxil olan məlumatda iddia olunur ki, Elşad İskəndərov komitənin büdcəsində olan 5 milyon manat vəsaiti müxtəlif adlar altında yaxın ətrafı ilə mənimsəyib: «Düzdür, işdən uzaqlaşdırılanın arxasınca danışmazlar. Amma bu elə məqamdır ki, bunu xalq bilməlidir. Xalqın pulunu yeyən xalqa hesab verməlidir. Ölkədə minlərlə ahıl və ağbirçək insan 150 manat pensiya ilə dolandığı bir ərəfədə, Elşad İskəndərov dövlətin dini marifləndirmə üçün ayırdığı 5 milyon manatı absurd səbəblərlə mənimsəyib və hesab edirik ki, o, bunun cavabını verməlidir. Xalq bilməlidir ki, o, işdən uzaqlaşdırıldıqdan bu günə kimi hər axşam Elçin Əsgərovla toplantı halındadır. Və heç şübhəsiz ki, mənimsədikləri pulların silmə yollarını axtarırlar. Qəflətən işdən uzaqlaşdırılması onu çox çətin vəziyyətə qoyub. İşdən uzaqlaşdırıldığını eşidəndə «bu, nə bəladır» deyəndə, əslində, mənimsənilənvəsaitin üzərini yetərincə ört-basdır edə bilmədiyinə daha çox heyfslənirdi».
Komitənin əməkdaşı daha sonra Prezdent İlham Əliyevin ayırdığı 5 milyon manatı Elşad İsgəndərovun hansı yollarla israf etməsinə aydınlıq gətirməyə çalışıb:

1. İlahiyyatçıları ələ almaq adı ilə onlara aldığı bahalı, təmirli mənzillər və bahalı avtomobillər;

2. İlahiyyatçılardan birinə (adını yazmırıq. Ona görə ki, ailəsi və uşaqları ilə

yaşayır. Ailəsinin nə günahı) Təzə bazarın yanındakı «navastroyka»da bahalı təmirli ev və bahalı BMW maşını;

3. Şeyx Allahşükür Paşazadə ilə əlaqəli ilahiyyatçıya da bahalı ev və «Mercedes»avtomobili;

4.Elşad İskəndərov özünə Novxanıda 800.000 manatlıq villa, yeni model Prado;

5.Elçin Əsgərov 450.000 manat dəyərində şəhərin mənzərəli yerində mənzil və son model Prado;

6.Özü tərəfindən idarə edilən "TOLERANTLIQ” mərkəzinə 300.000 manat pul ayrılıb;

7. Elşad İskənədrovun dostu Elçin Əsgərovun adamları kimi tanınan və Komitəyə işə düzəldilən 3 nəfərə (adlarını məlumdur), hər birinə yardım kimi 30.000 manat;

Mia.az xəbər verir ki, komitənin adının çəkilməsini istəməyən əməkdaşı sadalanan faktların Mlaiyyə Nazirliyi ilə Hesablama Palatasının yoxlamasının istəyir: «Sözsüz ki, dövlət qurumlarının araşdırmasından sonra hələ çox faktlar aşkarlanacaq. Düzdür, Maliyyə Nazirliyinin Elşad İsgəndərovu sıxmayacağı dəqiqdir. Çünki Samir Şərifovun 1-ci müavini Azər Bayramovla Elşad İskəndərov yeznə-qayndır. Amma o biri yoxlayıcı qurumlar keçmiş sədrin qorxulu yuxusuna çevrilə bilər. Yəqin elə bu qurumlar onu çox qorxudur ki, ev və avtomobil aldığı şəxslərə xəbər göndərib ki, həmin ev və avtomobilləri tez bir zamanda satın. Çünki həmin daşınmaz əmlaklar komitənin xərclər bölümündəki «qara siyahı»da qeydə alınıb. Elşad İskəndərov bununla daha bir maliyyə fırıldaqlarının üstünü qapatmaq istəyir. Onun buna nədərəcə nail olacağını zaman göstərəcək. Lakin bu da bir həqiqətdir ki, bu günlərdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edildiyi deyilən E.İskəndərovun maliyyə əməliyyatlarında baş rolda olanyaxın dostu Elçin İsgəndərov hal-hazırda işlədiyi İslam Konfransı GənclərTəşkilatının adına ayrılmış maliyyəni «silmək» üçün də yeni variantlar hazırlayıblar.Lakin bu təşkilatın Türkiyədəki rəhbəri Ali Sarakaya buna mane olmaqdadır. Hər iki dosta açıq bildirilib ki, bu hərəkət qurumun adına ciddi ləkə gətirə bilər».




QafqazPRESS.az
banner125x125 banner125x125