Elşad İsgəndərov vəzifəsindən azad edildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edilib.
ANS PRESS-in məlumatına görə, komitəsinin sədrinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası prezidenti sərəncam verib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alınır ki, Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR