Moody`s: Ukrayna böhranı Azərbaycan iqtisadiyyatına təsir edəcək
Moody`s: Ukrayna böhranı MDB ölkələri üçün kredit proqnozunu ləngidir
Ukraynada böhran, üstəlik bu böhranda Rusiyanın da payının olması MDB-nin bütün 8 ölkəsi üçün kredit proqnozlarını gecikdirir. Bu bəyanat Moody`s-in hesabatında qeyd olunub.
Agentliyin ekspertlərinin fikrincə sözügedən böhran Rusiya ilə sıx iqtisadi bağları olan MDB ölkələri üçün iqtisadi riskləri artırır. Üstəlik Rusiyanın özündə də iqtisadi geriləmə müşahidə olunur.
Bundan başqa, hazırki vəziyyət sönmüş münaqişələrin yenidən alovlanması riskini və Rusiya ilə birbaşa qarşıdurma ehtimalını artırır.
Rusiyada ÜDM-in azalması MDB-nin 8 ölkəsindən 6-nın iqtisadiyyatına mənfi təsir göstərir. Hələlik həmin ölkələrdə ÜDM-in artımı regionun ən böyük tərəfdaşı olan Avropa İttifaqının iqtisadiyyatı hesabına sabit qalır. Bundan əlavə, xammalın qiyməti də nisbətən yüksək səviyyədə qalır ki, bu da MDB ölkələrinin hər birində ÜDM-in artımını bu və ya digər qaydada qoruyub saxlayır.
Məhz bundan irəli gələrək, Moody`s, MDB-nin səkkiz ölkəsindən altısında (sözügedən 6 ölkəyə Rusiya və Ukrayna daxil deyil) 2014-cü il üçün ÜDM göstəricilərinin yüksək olacağını gözləyir.
Ən yüksək artım Gürcüstan və Belarusda proqnozlaşdırıldığı halda, Azərbaycan, Ermənistan, Moldova və Qazaxıstanda ÜDM-in göstəricilərinin çox güman ki, 2013-cü ilin göstəricilərinə çatmayacağı qeyd olunur.
Moody`s ekspertləri, 2015-ci ildə bütün MDB ölkələrində ÜDM-in artacağına ümid edirlər və bunu Rusiyada gözlənilən artımla (2%) əlaqələndirirlər. Onların fikrincə çətin ki, sözügedən ölkələrdə vergi, kredit və xarici göstəricilər zəifləmiş olsun. Lakin Rusiya ilə Ukrayna arasındakı böhran daha da dərinləşərsə, məsələn, Qərb Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edərsə, əsas kredit qabiliyyəti göstəriciləri nəzərəçarpacaq dərəcədə pisləşə bilər. Bu da nəticə etibarilə ağır iqtisadi böhrana yol açar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR