» » Heydər Əsədov: "Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır"

Heydər Əsədov: "Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: İqtisadiyyat
Heydər Əsədov: "Azərbaycanın aqrar sektoruna xaricdən maraq artır"



Müxtəlif ölkələrdən olan sahibkarlar Azərbaycanın aqrar sektoruna getdikcə daha böyük maraq göstərirlər
Trend-in məlumatına görə, bu barədə cümə axşamı kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda "WorldFood Azerbaijan" və "Agrihort Azerbaijan" beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgilərinin açılışında bildirib.

Nazir deyib ki, bu il sərgidə dünyanın 36 ölkəsindən 240-dan artıq şirkətin iştirakı artan marağın göstəricisidir.

Onun sözlərinə görə, dövlət başçısının kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra mühüm sərəncamları mövcud uğurlara gətirib çıxarıb: "Həmin sərəncamlar aqrar-sənaye kompleksində müasir texnologiyaların tətbiqinə kömək edib. Nəticədə son beş ay ərzində Azərbaycan bir sıra kənd təsərürfatı məhsulları ilə özünün tam təmin olunmasına nail olub".

H.Əsədov bildirib ki, bundan əlavə, belə tədbirlərin keçirilməsi Azərbaycan bazarını potensial alıcılara təqdim etməyə imkan verir: "Əcnəbi qonaqlar Azərbaycanda bu sahənin vəziyyəti, investisiya mühiti və istehsal olunan məhsullarla tanış ola bilərlər".



QafqazPRESS.az
banner125x125 banner125x125