Aleksey Ulyukayev: "Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsini real olaraq 4 milyard dollara çatdırmaq olar"
"Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsini perspektivdə real olaraq 4 milyard dollara çatdırmaq mümkündür"
Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
A.Ulyukayev deyib:
"Biz qiymətləndirmələrimizə görə, 3,6 milyard dollara çatan əmtəə dövriyyəsinin yaxşı dinamikasını qeyd edirik, amma eyni zamanda bu, mövcud potensialı əks etdirmir. 3,6 milyard dolların Azərbaycan ÜDM-nin təxminən beş faizi və Rusiya ÜDM-nin bir faizindən az olduğuna diqqət yetirmək kifayətdir".
Rusiyalı nazir iki ölkə arsında ticarət münasibətlərini əngəlləyən əsas amil kimi logistika məhdudiyyətlərini və mükəmməl olmayan müqavilə-hüquq bazasını qeyd edir: "Bu problemlər üstündə işləmək lazımdır. Və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşümüz zamanı biz iki ölkə ərazisində logistika mərkəzlərinin tikintisi, avtomobil və dəmiryol nəqliyyatı ilə tranzit daşımaların inkişaf mexanizmlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və digər problemləri müzakirə etdik".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR