Arif Əsgərovdan bilet satışına qadağa - ÖZƏL
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkədən kənar səfərlər üçün gedişhaqlarını qaldıracaq.
Bu barədə AzVision.az-a adıçəkilən qurumdan məlumat verilib.
Bildirilib ki, qiymət artımı daha çox ölkəxarici səfərlərə şamil ediləcək. Belə ki, biletlərin qiymətləri iyun ayından avqusta kimi bahalaşacaq.
Bunu bilet satış kassalarında çalışanlar da təsdiq ediblər.
Belə ki, Bakı- Çelyabinsk reysi üzrə qiymətlər aylar öncə 117 manat idisə, hazırda gedişhaqları 150 manata qaldırılıb. Eləcə də Bakı-Tümen, Bakı-Rastov, Bakı-Yekaterinqburq səfərlərində də qiymət artımı müşahidə edilir.
Bundan əlavə qiymətlərin bahalaşması ilə əlaqədar Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti biletlərin əvvələcədən satışına da müəyyən qadağalar qoyub. İndi səfər üçün yalnız 10 gün müddətinədək bilet almaq olar. Bundan öncə isə səfərə çıxmaq üçün biletləri bir neçə ay əvvəlcədən almaq mümkün idi.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR