» » Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi aktivlərin yenidən qiymətləndirilməsini aparır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi aktivlərin yenidən qiymətləndirilməsini aparır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi aktivlərin yenidən qiymətləndirilməsini aparır



"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC beynəlxalq şirkətlərlə QSC-nin növbəti 15-20 il üçün inkişaf strategiyasının hazırlanması ilə bağlı danışıqlar aparır
Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev dənizçilərin peşə bayramına həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, QSC qarşısında dayanan əsas vəzifə Xəzərdə rəqabət şəraitində yükdaşımalar bazarında öz mövqelərini qorumaqdır.

R.Vəliyev qeyd edib ki, QSC-nin strukturunun yenidən təşkil edilməsi və onun gələcək inkişafı çərçivəsində hazırda qurumun aktivlərinin yenidən qiymətləndirilməsi və onların bazar qiymətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.


QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125