“Azərbaycan bizi meydanda tək qoydu” – Türkmən lideri
Son günlər İraqın şimal regionlarında “İraq Şam İslam Dövlət”nin (İŞİD) terrorçularl türkmənlərə qarşı sözün əsl mənasında soyqırım həyata keçirirlər.
İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihi yaşanan bu olayların türkmənlərə qarşı əvvəlcədən planlaşdırılan bir oyun olduğunu söyləyib.
AzVision.az xəbər verir ki, Ə.Salihi bu hadisələrlə bağlı türkdilli ölkələrdən dəstək gəlmədiyini bildirib və qeyd edib ki, onları meydanda tək qoyublar:
“Ankaradan başqa bizə heç kim dəstək vermədi. Türk Cümhuriyyətlərinin bir gün də olsun mənəvi dəstəklərini görmədik. Biz Qarabağ, Kipr, Azərbaycan, Türkmənistan və bütün türk xalqları, ölkələriü çün ağladıq, amma onlar bizim üçün bir damcı da gözyaşı tökmədilər. Təəssüf ki, taleyin ümidinə qalmışıq. Amma nə qədər tək olsaq da, bizim içimizdə mübarizə ruhu ölməyəcək. Torpaqlarımızı heç kimə verməyəcəyik”
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR