Mərkəzi Bankdan sistemin işinin dayandırılması ilə bağlı açıqlama
Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya sisteminin işi dayanmayıb. Bunu çərşənbə günü Trend-ə bankdakı mənbə deyib.
Bəzi KİV-lər daha əvvəl məlumat veriblər ki, bankın elektron məlumat bazasında texniki problemlər AMB-nin bank və filiallarının fəaliyyətinin dayanmasına səbəb olub.
Mənbə bildirib: "Bank işini dayandırmayıb və davam etdirir. Sistemdə yaranmış problemlər xidmət göstərilməsində yubanmalara gətirib çıxarıb. Bankın müvafiq xidmətləri bunun üzərində işləyir". O əlavə edib ki, problem günün sonunadək tam aradan qaldırılacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR