» » Azərbaycanda iri və xırda buynuzlu heyvanların qiyməti qalxdı

Azərbaycanda iri və xırda buynuzlu heyvanların qiyməti qalxdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 avqust 2014
//
Bölmə: İqtisadiyyat
Azərbaycanda iri və xırda buynuzlu heyvanların qiyməti qalxdı




Tovuzda iri və xırda buynuzlu heyvanların qiymətlərində artım var

Milli.Az TTV-yə istinadən bildirir ki, Tovuzun mal bazarına ətraf rayonlarla yanaşı, qonşu Gürcüstandan, hətta Ukraynadan da heyvan gətirilir. Ukraynadan əsasən xırda buynuzlu, qonşu Gürcüstandan isə iri buynuzlu heyvanlar gətirilir. Qiymətlərə gəlincə isə Gürcüstandan gələn malla bizim mal arasında çox fərq var.

Məsələn, 100 kiloqramlıq heyvan burada 700 manatdırsa, oradan gələn heyvanın qiyməti 600-650 manatdır. Xırda heyvanın qiyməti isə dəyişməz olaraq qalır.

Qiymətlərdə dəyişiklik mövsümi amillə yanaşı, həm də otun qiymətinin artımı ilə bağlıdır. Hazırda bir bağlama otun qiyməti 3-4 manata qədər artıb. Bu da əsasən havaların quraqlıq keçməsi və otun məhsuldarlığının az olması ilə bağlıdır. Qiymətdə fərqlərə baxmayaraq alıcılar daha çox yerli heyvanların alışına üstünlük verirlər. Bu da yerli heyvanların ətinin daha dadlı olması ilə bağlıdır.


QafqazPRESS.az
banner125x125 banner125x125