Mart gəldi, gördü, dərd özündən əvvəl gəlib - FOTO
Qərb bölgəsinə artıq 10 aydır yağıntı düşmür və bu da təsərrüfatın bir çox sahələri kimi, maldarlığa da mənfi təsir göstərməkdədir
Yazın gəlişinə baxmayaraq qərb bölgəsində quraqlığın davam etməsi ot bazarına da təsirsiz ötüşmür. Qış aylarında mal-qaranın əsas qidası sayılan quru ot bahalaşmaqda davam edir. Sahibkarlar əvvəlki illərdə mart ayında örüşlərdə qaramalın otladığını, bu il isə heç yerdə otun göyərmədiyini deyirlər. Bu səbəbdən də heyvanlar yenə quru otun ümidinə qalır ki, bu da bahalaşmanın əsas səbəbi hesab edilir.
Sputnik Azərbaycan xəbər verir ki, hazırda bölgədə təbii otun bağlaması 4-5 manat, yonca bağlaması isə 6-7 manat aralığında dəyişir. Buna görə də fermerlər seçim qarşısında qaldıqlarını deyirlər. Onlar ya mal-qaranı dəyər-dəyməzinə satmalı, yaxud baha qiymətə ot alıb yağışların yağmağını gözləməlidirlər. Rayonun Canalı kəndinin sakini Balakişi Qocayev iki inəyini otun baha olması səbəbindən satmaq istədiyini söyləyir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR