» » Şəkiyə bəla gəldi

Şəkiyə bəla gəldi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 avqust 2014
//
Bölmə: İqtisadiyyat
Şəkiyə bəla gəldi


Şəkidə heyvanlar arasında ölümcül virus yayılıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, artıq iki kənddə iribuynuzlu mal-qaranın bu virusa yoluxması faktı aşkar edilib. Dəriyə düşən virus çox keçmir ki, həmin heyvanın tələf olmasına səbəb olur.

Buna görə mal-qara sahibləri, fermerlər təlaş içindədirlər. Nodulyar dermativ virusunun sürətlə yayılma təhlükəsini nəzərə alan baytarlar əməli işə keçiblər. Əsasən də kəndlərdə təsərrüfat sahibləri arasında maarifləndirmə işləri aparılıb. Xəstəliyin peyvəndləmə üsulu ilə qarşısını alınması qeyri-mümkündür. Ancaq dezinfeksiya etməklə xəstəliyin yayılmasını önləmək olar. Azərbaycanda bu virusa ilk dəfə cənub bölgəsində təsadüf edilib və qısa müddət ərzində ölkə ərazisində yayılmağa başlayıb. Virusun hava vasitəsilə yayılması bu xəstəliklə mübarizəni çətinləşdirir. Baytarlar mal-qara sahiblərinə bu kimi hallarla qarşılaşdıqları təqdirdə dərhal əlaqədar qurumlara məlumat vermələrini tövsiyə edirlər.




QafqazPRESS.az
banner125x125 banner125x125