Əhali üçün pulsuz müayinələr aparılacaq
"Azərbaycanda "Hepatit B" virusunun vaxtında aşkarlanması məqsədilə əhali üçün pulsuz müayinələr keçiriləcək".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev deyib.
Onun sözlərinə görə, Respublika Diaqnostika Mərkəzində iyunun 1-dən etibarən 1 ay ərzində "Hepatit B" virusunun diaqnostikasını vaxtında aşkar etməkdən ötrü əhali üçün pulsuz laborator analizlər aparılacaq: "Bu, çox vacib tədbirdir, çünki viruslu hepatitlər çox geniş yayılmış xəstəliklərdəndir. Dünyada yüz milyonlarla insan bu xəstəliyə yoluxub. Bu xəstəliyə qarşı vaxtında profilaktik tədbirlərin aparılması, diaqnozun qoyulması və müalicəsinin aparılması ümümi xəstəliyin müalicəsində böyük rol oynayır. Bu məqsədlə də Mərkəzdə bir ay ərzində əhalinin pulsuz müayinəsi aparılacaq. Әhaliyə müraciət edirik ki, bir ay ərzində fəal olsunlar".
R.Ağayev bildirib ki, analizlər nəticəsində hər hansı şəxsdə "Hepatit" virusu aşkarlanarsa, mütəxəssislər tərəfindən lazımi konsultasiyalar keçiriləcək. Mərkəzdə virusa qarşı vaksinasiya aparılacaq. Bu da yarım il ərzində həmin şəxsi Hepatit B-dən azad edəcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR