» » BU BİNALARDAN MƏNZİL ALA BİLMƏYƏCƏKSİNİZ

BU BİNALARDAN MƏNZİL ALA BİLMƏYƏCƏKSİNİZ

Müəllif: Səma Zərdablı
//
Tarix: 28 fevral 2019
//
Bölmə: İqtisadiyyat
 BU BİNALARDAN MƏNZİL ALA BİLMƏYƏCƏKSİNİZ


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.
Qafqazpress.az xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.
Məruzədə təklif edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına və məskunlaşmaya qadağa qoyulsun.
Bununla yanaşı, aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üçün mexanizmin hazırlanması təklif edilir.
banner125x125 banner125x125