BU ŞƏXSLƏRİN BANKLARA OLAN BORCU BAĞLANIR
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
ABA-dan ONN media-ya verilən məlumata görə, iclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.
Bundan sonra da banklara bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə olunub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR