Azərbaycanda əmək haqqı artdı - RƏSMİ
Azərbaycanda əmək haqqı artdı - RƏSMİ2019-cu yanvar-mart aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı 4,9 faiz artaraq 817,3 manat olub.
Bu barədə Sonxeber.az-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR