Bakıda Əmək yarmarkası keçiriləcək
Bakının Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək
İyunun 6-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakıda növbəti Əmək yarmarkası təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı Tennis Akademiyasında (Binəqədi r-nu, 8-ci mkr., İbrahimpasa Dadasov kuc.,3158/3156, Azadlıq metrosunun yaxınlığı) baş tutacaq tədbirdə paytaxtın Nəsimi, Binəqədi və Nərimanov rayonları üzrə Əmək yarmarkası keçiriləcək.
Yarmarkada 49 müəssisə üzrə boş (vakant) iş yerlərii işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR