Nazirlik 43 nəfərə veteran adı verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 6 ayda 43 nəfərə "Əmək veteranı" adı verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, veteranlardan 8 nəfəri qadındır. Ümumilikdə son 5 ildə və bu ilin ilk yarısı da daxil olmaqla ƏƏSMN tərəfindən əmək veteranı adı və vəsiqəsi verilənlərin sayı 400 nəfərə yaxın olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.
“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası və bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim olunur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR