Təcavüz etdi, əzdi, özünü öldürdü
Almaniyada yaşanan qorxunc olayda bir kişi gənc qadını döyərək maşınının yük yerinə salıb. Həmin qadını meşəliyə apararaq ona təcavüz edəndən sonra bu adam həmin qadını aparıb yola atıb, sonra maşını ilə üstündən keçib.
Qadın hər şeyə rəğmən, sağ qalıb. Ona təcavüz edən şəxs isə intihar edib.
Milli.Az Bild-ə istinadən bildirir ki, olay Almaniyanın Münhen şəhərinin yaxınlığındakı Herrşinq qəsəbəsində yaşanıb.
Qəsəbə sakini, 28 yaşlı Matias M. döydüyü və vəhşicəsinə, dəfələrlə təcavüz etdiyi 25 yaşlı qadının üzərindən Volkswagen Golf markalı avtomobili ilə keçəndən sonra zavallını ölmüş bilib və hadisə yerini tərk edib.
Fəqət, qadın ağır travmalar və yaralar alsa da, sağ idi. O, 1,3 kilometr sürünərək meşəliyin kənarındakı bir evə çatıb.
Ev sahibləri də polis çağırıblar və 25 yaşlı zavallı qadın təcili yardımla xəstəxanaya aparılıb.
Olaydan 9 saat sonra isə Mattias M. Münhen şəhərinin Trüderinq səmtindəki "Gronsdorf" metro stansiyasında özünü qatarın altına ataraq intihar edib.
Polisin apardığı DNT testləri bu şəxsin 25 yaşlı qadını döyərək zorlamış və onün üstündən maşın sürmüş Mattias M. olduğunu sübut edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR