"Nur" kafesində qohumunu güllələyən şəxs tutuldu
Salyan rayon sakini Mikayıl Əzizova odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş İxtiyar Soltanov könüllü olaraq təslim olub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.
İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR