» » Şamaxıda yaşanan dəhşətin təfərrüatları

Şamaxıda yaşanan dəhşətin təfərrüatları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 30 may 2014
//
Bölmə: Kriminal
Şamaxıda yaşanan dəhşətin təfərrüatları




Şamaxı rayonunun Mərzəndiyə kəndində Mais Şahməmmədov qardaşı Firuzu odlu silahdan açılan atəşlə qətlə yetirib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib.

F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirib, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib.

Yaralı H.Şahməmmədov isə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan “Naqan” tipli tapança götürülüb.

Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. Bu gün isə oğlan toyu olacaqdı.



QafqazPRESS.az
banner125x125 banner125x125