» » Azərbaycanlı biznesmen Rusiyada öldü

Azərbaycanlı biznesmen Rusiyada öldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 iyul 2014
//
Bölmə: Hadisə
Azərbaycanlı biznesmen Rusiyada öldü



Şərifov Rəhman Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub
Ötən gün Həştərxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq ölüb.

Mərhumun yaxını Samir Əlizadənin anspress-ə verdiyi məlumata görə, mərhum Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub.

Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxıstan və Rusiyada gəmiqayırma zavodlarında mühəndis vəzifəsində çalışıb.

1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.

Qeyd edək ki, Şərifov Rəhman 1960-cı il mart ayının 8-i Yevlaxda anadan olub. 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib. Ailəli olub və üç oğlu var.


QafqazPRESS.az
banner125x125 banner125x125