Eks-deputat Nizami İsgəndərov: “Mən Azərbaycanı tərk etməmişəm”
Bəzi KİV-lər “CTF” şirkətinin təsisçisi, “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzlərinin rəhbəri, sabiq deputat Nizami İsgəndərovun Azərbaycanı tərk etdiyi barədə xəbərlər yayıb. "Publika az"da isə eks-deputatın həbsinə hazırlıq görüldüyü üçün bu addımı atdığı yazılıb. Bildirilir ki, buna səbəb ona məxsus “Nabran Holiday Village” istirahət mərkəzində 2013-cü ilin iyulunda 2 yaşlı İmran Cəfərzadənin uşaqlar üçün hovuzda ağır zədələnməsidir.
Məsələ ilə əlaqədar Modern.az saytına açıqlama verən sabiq deputat haqqında yayılan informasiyaları təkzib edib. Nizami İsgəndərov hazırda Azərbaycanda olduğunu və ölkəni tərk etməyə hazırlaşmadığını deyib:
“Bunlar hamısı əsassız xəbərlərdir. Mən Azərbaycanı niyə tərk eləməliyəm?... Heç yerə getməmişəm, bu haqda da düşünmürəm. Hazırda da işimin başındayam”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR