Azərbaycanda 2 uşaq anasından ailəsinə unudulmaz zərbə
Ötən gün Şəkidə dəhşətli ailə faciəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kiş kəndində yaşayan 1993-cü il təvəllüdlü Rəvanə Rəsul qızı İdrisova həyat yoldaşı tərəfindən asılmış halda tapılıb.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı qadının intihar etdiyi məlum olub.
Qeyd edək ki, Rəvanə İdrisova iki uşaq anasıdır. Hazırda qadının hansı səbəbdən özünü öldürməsi araşdırılır.
Həyat yoldaşının intiharına dözə bilməyən 1985-ci il təvəllüdlü Faiq Məzahir oğlu İdrisov da özünə qəsd etmək istəyib. O, kəsici alətlə başına ağır xəsarət yetirib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Hazırda F.İdrisovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR