Bakıda çimərlikdə dincələnlər dəhşət yaşadılar
İstirahət mərkəzində asılmış kişi meyiti tapılıb
15:07
Bakıdakı çimərlikdə asılmış halda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Xəzər rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış halda tapılan şəxs 1963-cü il təvəllüdlü Camal Rəhim oğlu Orucovdur. O, çimərliyə özünün “Toyoto Prado”su ilə gəlib.
Sonradan isə hansısa səbəbə görə özünü asıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başalnıb, araşdırma aparılır.
----------
12:04
İstirahət mərkəzində asılmış kişi meyiti tapılıb
Bakının Xəzər rayonu ərazisində çimərlikdə dəhşətli anlar yaşanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış kişi meyiti tapılıb.
Həmin kişinin 35 yaşlarında olduğu bildirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.
Hələlik meyitin şəxsiyyəti bəlli deyil.
Faktla bağlı araşdrıma aparılır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR