» » Brilliant Dadaşovadan Paşinyana SƏRT SÖZLƏR

Brilliant Dadaşovadan Paşinyana SƏRT SÖZLƏR

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 oktyabr 2020
//
Bölmə: Siyasət
Brilliant Dadaşovadan Paşinyana SƏRT SÖZLƏR


Dağlıq Qarabağda müharibəni 1988-ci ildə siz başlatdınız. Şuşa şəhəri yaxınlığındakı qədim dövlət qoruğu sayılan Topxana meşəsini qırmağa başladınız. Topxana meşəsi təbiət möcüzəsidir. Siz Şuşanın təbiət incilərindən sayılan Topxana meşəsindəki ən nadir ağacları kəsib Ermənistan ordusuna göndərirdiniz.
Olaylar.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqramda yazıb. Sənətçi münaqişənin başlamasında Azərbaycanı ittiham edən Nikol Paşinyanın Rusiya telekanalına verdiyi müsahibəyə münasibət bildirib:
"Onda mən tələbə idim, erməni vandalizminə etiraz əlaməti olaraq mitinqlərə çıxmağa başladıq. Daha doğrusu, biz təbiəti qoruyurduq, siz isə məhv edirdiniz. Əvvəlcə ağacları, təəssüf ki, sonra da insanları qırmağa başladınız. Münaqişənin genişlənməsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın düşdü, torpaqlarımızın isə 20 faizi işğal olundu".
Xalq artisti qeyd edib ki, Azərbaycan Ordusu Ermənistandan fərqli olaraq dinc sakinləri deyil, torpaqlarımızda möhkəmlənən hərbi hissələri atəşə tutur ki, öz ərazisini işğaldan azad etsin:
"Keçən dəfə Dağlıq Qarabağın kimə məxsus olduğunu ingilis dilində izah etməyə çalışdınız. Bu çıxışda özünüz də etiraf etdiniz ki, Qarabağ Azərbaycana məxsusdur. Sizi təbrik edirəm, həqiqət şüuraltında gizlənib. Lakin bunu qəbul etmək istəməməyiniz artıq tamamilə başqa bir sualdır.
Azərbaycan dövləti sakinlərə xəbərdarlıq etdi ki, onlar Azərbaycan vətəndaşı sayılır, biz Qarabağı onların razılığı ilə işğalçı Ermənistanın aqressiyasından xilas edəcəyik. Yaxşı bilirsiniz ki, 100 il əvvəl dünya müharibəsi gedirdi, hər kəs bir-birini öldürürdü. O dövrün siyasətçisi üçün "erməni soyqırımı"nı uydurmaq əlverişli idi. Niyə öz xalqınızı zəhərlə qidalandırırsınız? Bizim torpaqlarımızdan çıxın, Prezident İlham Əliyevin dediyi kimi, bizim daha 30 il gözləməyə səbrimiz yoxdur. Biz onsuz da o torpaqları sizə verməyəcəyik"
banner125x125 banner125x125