Əhməd Davudoğlu AKP-nin sədri seçildi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.
Bu barədə Trend-ə AKP-nin qurultayında iştirak edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Ə.Davudoğlu AKP sədrliyinə alternativsiz namizəd olub: "Qurultay nümayəndələri yekdilliklə onun namizədliyi dəstəklədi".
Qeyd edək ki, Türkiyənin yeni Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün AKP sədrliyindən istefa verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR