Qafqaz xalqları birləşir (VİDEO)
Ukryanda qarışan “siyasət sular”ı hələ də durulmaq bilmir. Rəsmi Kiyev Krımın itirlməsinin ağrısını çəkdiyi anda, həm də ölkənin digər ərazilərinin itirilməsi təhlükəsini hiss edir.
Əslində NATO və ABŞ rəsmilərinin Rusiya ilə bağlı etdikləri açıqlama da elə bunu göstərir ki, Ukryananın ərazi bütünlüyü hələ də təhlükə ilə üz-üzədir. Düzdür rəsmi Moskva Ukrayna torpaqlarında daha gözü olmadığını açıqlasa da heç kəs buna inanmır. Odur ki, Ukrayna hərbi təlimlərini davam etdirir. Qərb isə öz ordusunu Baltikyanı ərazilərə yerləşdirməyi düşünür.
Ukryanadakı siyasi prosseslərin fonunda bu ölkədə yaşayan Qafqazdan olan xalqlar birləşməyə qərar veriblər. Yeni yaradılan quruma azərbaycanlılar, gürcülər, çeçenlər, osetinlər, abxazlar, ləzgilər, inquşlar və digər Qafqaz mənşəli xalqları təmsil olunurlar. Bircə Ermənistan hələlik bu cəmiyyətə qoşulmayıb. Səbəb isə həmin cəmiyyətin başına azərbaycanlının təyin olunmasıdır.
Qafqaz Xalqları Konqresinin rəhbəri, Kiyevdə yaşayan 35 yaşlı Paşa Məmmədovun isə ziyalı olmaqla yanaşı, həm də iri biznes layihələrinə sahib olduğu xəbər verilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR