» » Nikaraquadan Azərbaycana dəvət

Nikaraquadan Azərbaycana dəvət

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyul 2014
//
Bölmə: İqtisadiyyat
Nikaraquadan Azərbaycana dəvət



Nikaraqua Azərbaycanı ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edir. Bu çağırış ilə Bakıda Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopes çıxış edib. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Nikaraqua xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bildirib.

Trend bildirir ki, Nikaraqua xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir.

E.Abdullayevin sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirləri həm ikitərəfli, həm də beynəlxalq arenada əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nikaraqua xarici işlər naziri, həmçinin Azərbaycanı ticarət əlaqələrini inkişaf etdirməyə çağırıb.
Xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əsasının qoyulmasına dair razılıq əldə olunub.




QafqazPRESS.az
banner125x125 banner125x125