» » Almaniya Rusiyaya qadağa qoydu

Almaniya Rusiyaya qadağa qoydu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Siyasət
Almaniya Rusiyaya qadağa qoydu



Qərb Rusiyaya daha bir zərbə vurub.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniya Ukrayna böhranına görə, Rusiyaya hərbi məhsulların ixracatına qadağa qoyub.

“Yaşıllar” partiyasının hökümətə etdiyi müraciətini cavablayan Almaniya İqtisadiyyat Nazirliyi Rusiyaya hərbi məhsulların satılmasını dayandırdığını bildirib.

Bundan əlavə, hökümət Rusiyaya silah deyil, digər hərbi məhsulları satdığını bildirib.

Bütün bunlar da “Yaşıllar” partiyasını razı salmayıb. Yaşılların nümayəndəsi Agnieszka Brugger bundan öncə Rusiyaya satılan hərbi məhsullara diqqət çəkib. O, üçüncü ölkələrə silah satışının Ukrayna kimi böhranlara səbəb oduğunu söyləyib.


QafqazPRESS.az
banner125x125 banner125x125