» » Tağı Əhmədov cəbhəyə gedir

Tağı Əhmədov cəbhəyə gedir

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Siyasət
Tağı Əhmədov cəbhəyə gedir


Mayın 28-də Respublika Günü münasibətilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü ilə 35 nəfərlik heyət düşmənlə təmas xəttində yerləşən Beyləqan rayonundakı “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşəcək.

Bu barədə Publika.az-a YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sözügedən görüşlə bağlı məsələ artıq Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən də razılaşdırılıb.

F.İsmayılov bildirib ki, əsgərlərlə görüşə Azərbaycanın bir sıra incəsənət xadimləri ilə yanaşı, YAP Yasamal rayon təşkilatının İdarə Heyətinin üzvləri, o cümlədən partiya təşkilatının sədr müavini Tağı Əhmədov da gedəcək:

“YAP bu cür tədbirləri mütəmadi olaraq təşkil edir və bundan sonra da davam etdiriləcək. Biz əsgərlərə görüş zamanı onlara hədiyyələr də təqdim edəcəyik”.




QafqazPRESS.az
banner125x125 banner125x125