Ermənilərin yaraladıqları şəxslərdən yeni xəbər
Ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərin vəziyyətləri stabildir.
Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Mahirə Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, ermənilərin mülki şəxsləri gülləbaran etməsi nəticəsində yaralanan 1942-ci il təvəllüdlü Qaraqız Qara qızı Nağıyeva, onun nəvəsi 5 yaşlı Nurcan Osman qızı Nağıyeva və 1967-ci il təvəllüdlü Ənayət Totan qızı Əliyevaya dərhal həkim yardımı göstərilib.
“Gecə xəstələri güllə altından çıxarıb xəstəxanaya yerləşdirmişik. Qaraqız Nağıyeva sağ ayağından, Nurcan Nağıyeva da ayağından qəlpə yarası alıb. Ənayət Əliyevanın isə bütün bədənində güllə qəlpələri olub. Hazırda yaralıların vəziyyəti stabildir. Onların həyatı üçün təhlükə yoxdur”, - deyə Mahirə Quliyeva bildirib.
Qeyd edək ki, ötən gün axşam saatlarında ermənilər Tovuz rayonunun sərhəd kəndlərini atəşə tutublar. Ermənilərin açdığı atəş nəticəsində biri azyaşlı uşaq olmaqla, 3 nəfər yaralanıb. Atışma axşam saatlarına kimi davam edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR