» » AZƏRBAYCANDA QOYUNA GÖRƏ QAN TÖKÜLDÜ

AZƏRBAYCANDA QOYUNA GÖRƏ QAN TÖKÜLDÜ

Müəllif: Səma Zərdablı
//
Tarix: 06 fevral 2020
//
Bölmə: Sosial
AZƏRBAYCANDA QOYUNA GÖRƏ QAN TÖKÜLDÜ


Yevlax rayonunda iki qonşu arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə Aşağı Salamabad kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Orxan Məmmədov qoyunlarını qonşuları - 1992-ci il təvəllüdlü Araz Qarayev və 1989-cu il təvəllüdlü Elçin Hüseynovun əkin sahələrində otarıb.
Bu zaman onlar arasında dava düşüb və O.Məmmədov bıçaq ilə A.Qarayevin kürək və qarın nahiyələrinə xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
banner125x125 banner125x125