“Metropoliten rəisinin 4 müavinini Prezident özü təyin edəcək” - AÇIQLAMA
“Keçən həftə nizamnamə də, struktur da təsdiq edildi. Amma yalnız qeydiyyatdan keçdikdən sonra işçilərin qəbulu həyata keçiriləcək”.
Bunu Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Eks-rəis Tağı Əhmədovun vaxtında “Tikilən Bakı Metropoliteni müdiriyyəti”nin rəisi - Bakı Metropoliteninin rəis müavini Arif Rəsulovun vəzifəsindən uzaqlaşdırılması məsələsinə gəlincə, mətbuat xidmətinin rəhbəri belə deyib:
“Nazirlər Kabinetinin qərarına əsasən, “Bakı Metropoliteni” QSC-nin sədrinə 4 müavin təyin olunacaq. Müavinləri isə Prezident özü müəyyənləşdirəcək. Bu səbəbdən də yeni strukturun formalaşmasını gözləmək lazımdır. Yalnız bundan sonra hər şey bəlli olacaq”.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR