Metropolitenin yeni mətbuat katibi: “Hələ təyin olunmamışam”
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib.
Bildirilir ki, qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə “Bakıelektrikşəbəkə” ASC Mətbuat Xidmətinin əməkdaşı Nəsimi Paşayev təyin olunub.
Məsələ ilə bağlı Nəsimi Paşayevin özü ilə əlaqə saxladıq.
Bu barədə AzVision.az-a danışan N.Paşayevin sözlərinə görə, hələ belə bir təyinat aparılmayıb: “Hələ təyinat olunmayıb. Çünki, Nazirlər Kabineti Metropolitenin nizamnaməsini təsdiq etməyib”.
Xəbərin yalan olub-olmamasına gəlincə isə Nəsimi Paşayev məlumatı təkzib etməyib:”Buna yalan da demək olmaz. Amma hələ təyinat olmayıb”
Bundan əlavə məsələ ilə “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə də əlaqə saxladıq. O isə açıqlamasında N.Paşayevin sözlərini təsdiqləyib:
“Nəsimi Paşayev 2000-ci ildən burada çalışır. Çox yaxşı kadrdır. Amma hələ təyinat olmayıb. Hazırda o məzuniyyətdədir”.
Qeyd edək ki, Nəsimi Paşayev Məzahir oğlu 1975-ci ildə yevlax rayonunda anadan olub. 2000-ci ildə Ankara Universitetinin İletişim fakültəsinin radio-televiziya və kino ixtisasını bitirib. Evlidir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR