Azərbaycan Yazıçılar Birliyinə verilən 5 mənzil satılıb
Azərbaycan Yazıçılar Birliyinə verilən 9 mənzildən 5-i satılıb. Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Yazıçılar Birliyində ev bölgüsü ilə bağlı yaradılmış Komissiyanın sədri Rauf Aslanov deyib. O, bildirib ki, hazırda 4 mənzil satılmamış qalıb:
"5 mənzil satılıb. Onların kimlərə satılması məsələsinə biz müdaxilə etmirik. Mən mənzil komissiyasının sədri kimi məlumatları verdim. Sonra onlar özləri araşdırmalıdır. Guya MTK-nın sədri onlara kömək ediblər və MTK-nın əleyhinə olaraq bu mənzillər satılıb.satışa biz müdaxilə etmirik. Cəmi dörd mənzil qalıb.Onlar mənzilləri özləri satırlar pulları da öz aralarında bölürlər".
Qeyd edək ki, bu mənzillər AYB-ə “Abidə” MTK şirkəti tərəfindən verilib. Yazıçılara verilən 9 mənzilin hər biri 105 kvadratmetr olmaqla iki otaqdan ibarətdir. AYB isə bu mənzilləri 36 yazıçı arasında bölüşdürmək qərarına gəlib. Ona görə də mənzillər satışa çıxarıldığı bildirilir.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR