» » Bu çörəyin 34 "yaşı" var - FOTO

Bu çörəyin 34 "yaşı" var - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 mart 2019
//
 Bu çörəyin 34 "yaşı" var - FOTO


Tacikistan vətəndaşı Umarali Zulfov bir neçə il Özbəkistanın qədim Səmərqənd şəhərində müəllim işlədikdən sonra Düşənbəyə qayıdarkən özü ilə Səmərqənd çörəyi də aparır.
Qafqazpress.az AZƏRTAC-a istinadən bildirir ki, U.Zulfov Səmərqəndə, onun insanlarına hörmət əlaməti olaraq çörəyi qurudub saxlayır. Artıq 34 ildir ki, Səmərqənd çörəyi müəllimin evində bərəkət rəmzinə çevrilib.
"Səmərqənd çörəyi mənim evimə xeyir-bərəkət gətirib. Odur ki, bundan sonra da bərəkət rəmzi kimi bu çörəyi qoruyacağam", - deyə U.Zulfov bildirib.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125