“Aşıq musiqisi axşamları” layihəsi davam edir
Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Azərbaycan qadın aşıqları" silsiləsindən "Aşıq Pəri məclisi"nin konserti təqdim olunacaq.
Qafqazpress.az bildirir ki, tədbir "Aşıq Pəri məclisi"nin yaradıcısı mərhum şairə Narınc Xatunun yaradıcılığına həsr olunub.
Qeyd edək ki, BMM-nin "Aşıq musiqisi axşamları" layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Layihənin informasiya dəstəyi - Mədəniyyət kanalı və Asan radiodur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR