Azərbaycanlı aparıcı gənc yaşında qəfil vəfat etdi - FOTO
"Lider radio"nun keçmiş əməkdaşı DJ Emil vəfat edib.
Qafqazpress.az .com xəbər verir ki, bu haqda tanınmış bəstəkar-müğənni Murad Arif məlumat verib.
Keçmiş radio aparıcısının hansı şəraitdə və nə səbəbdən vəfat etməsi barədə məlumat verilməyib.
Onun ölümü ilə bağlı virus iddiası da ortaya atılıb. Sosial şəbəkədə mərhumun tanışı olduğunu deyən bir istifadəçi Emilin qrip olduğunu, sonra komaya düşdüyünü yazıb:
“İş yoldaşlarının dediyinə görə iki aya yaxın idi, qrip imiş, hər gün “nimesil” içirdi. Dörd gün əvvəl qızdırma, titrətmə tutub və komaya düşüb. Xəstəxanada müayinə edəndə görüblər ki, bütün orqanları sıradan çıxıb. Dünən gecə isə komadan ayılmayıb, dünyasını dəyişib”.
Allah rəhmət eləsin!
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR