Heydər Əliyevin keçmiş tərcüməçisi vəfat etdi
ADU-nun Müasir Alman dili kafedrasının dosenti, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib
Azərbaycan Dillər Universitetinə ağır itki üz verib. Azərbaycan Dillər Universitetinin Müasir alman dili kafedrasının dosenti, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.
Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub.
O, Əsəd bəyin 6 əsərini, o cümlədən «Əli və Nino» romanını alman dilindən Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb.
Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb.
Allah rəhmət eləsin!
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR