» » HEYDƏR BAYRAĞININ ALTINDAN KEÇƏK!

HEYDƏR BAYRAĞININ ALTINDAN KEÇƏK!

Müəllif: Səma Zərdablı
//
Tarix: 20 oktyabr 2020
//
Bölmə: Mədəniyyət
HEYDƏR BAYRAĞININ ALTINDAN KEÇƏK!
HEYDƏR BAYRAĞININ ALTINDAN KEÇƏK!



Oyanıb içimdə yeni bir həvəs;
Dözdük məşəqqətə, daha bəsdi, bəs...
Gəlir el-obadan yeganə bir səs:
Nə artıq söz gərək, nə sözə bəzək,
Heydər bayrağının altından keçək!

Haqqdan güc görürəm bu gün özümdə,
Adi söhbətimdə, adi sözümdə...
Dünya təzələndi, güldü gözümdə;
Asiman çıl-çıraq, dünya güi-çiçək,
Heydər bayrağının altından keçək!

Bəxtimin yelkəni toxundu daşa,
Gedir torpağımda qanlı tamaşa...
Silsilə dağlarım verib baş-başa:
Bağrımın başında alışır şımşək,
Heydər bayrağının altından keçək!

O qara geyinmiş ağbirçək ana,
Yetim bir körpəni basıb bağrına:
-Bəlkə son qoyula bu nahaq qana,
Qalan ümidimi kəsməsin fələk:
Heydər bayrağının altından keçək!

Sən bizə kömək ol, ay Allah, özün,
Tarx deməlidir axı, haqq sözün.
Mənə elə gəlir hardasa, bu gün,
Car çəkir Koroğlu, car çəkir Babək:
Heydər bayrağının altından keçək!

Sığmır məcrasına, sığmır nifrətim,
Bir eli, obanı qoydular yeim.
Ey başı bəlalı yazıq millətim,
Qalxan badələri bu eşqə içək:
Heydər bayrağının altından keçək!


Bu şeir, 1990-ci ildə yazılmışdır.

Səttar Zərdabi
banner125x125 banner125x125