» » Patrisiya Kaas Heydər Əliyev Mərkəzində olub

Patrisiya Kaas Heydər Əliyev Mərkəzində olub

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 may 2014
//
Bölmə: Mədəniyyət
Patrisiya Kaas Heydər Əliyev Mərkəzində olub



Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas mayın 28-də Heydər Əliyev Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, müğənni Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda "Azərbaycan inciləri: tarixin axarında" sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olub.
Patrisiya Kass daha sonra Mərkəzdə hazırda nümayiş olunan sərgiləri izləyib.

Müğənni, həmçinin məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan "Paris" adlı fərdi sərgisində olub.


QafqazPRESS.az
banner125x125 banner125x125